Kişi anatomiyasının və kişi genital xəstəliklərinin fiziologiyasının öyrənilməsinə yönəlmiş və bunlara əsaslanaraq onların müalicə üsullarını araşdıran geniş bir sahədir.
| Analizlər / Erektil disfunksiya | |
|---|---|
| Analiz adı | Material |
| NT-proBNP | Serum |
| CRP | Serum |
| HbA1c | EDTA |
| TSH | Serum |
| LH | Serum |
| FSH | Serum |
| Prolaktin | Serum |
| Testosteron | Serum |
| SHBG | Serum |
| Erektil disfunksiya paneli | |
| Analiz adı | Material |
| Lipid paneli (Xolesterin, HDL, LDL, Trigliserid) | Serum |
| Qlükoza | Serum |
| HbA1C | EDTA |
| Prolaktin | Serum |
| Ümumi testosteron | Serum |
| Sərbəst testosteron | Serum |
| PSA | Serum |
| TSH | Serum |
Erektil disfunksiyaya səbəb olan əsas amillər bir neçə qrupa bölünə bilər:
- Endokrin sistem ilə əlaqəli: Testosteronun meydana gəlməsini təmin edən daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulması ilə əlaqəlidir. Bu, genetik xəstəliklərin, şişlərin və ya travmanın bir nəticəsi ola bilər. Bu hallarda erektil disfunksiya uğurla müalicə olunur.
- Dərmanlar ilə əlaqəli: Cinsi hormonların istehsalını maneə törədən bəzi dərmanların istifadəsi ilə əlaqədar yaranır. Bu preparatlar narkotik maddələr və ya beyin qabığının fuknksiyalarını azaldmağa yönəlik dərmanlardır.
- Nevroloji amillər: Beyin və ya onurğa beyinin periferik sinirləri xəstəliklərinin böyük bir qrupu ilə əlaqələndirilir.
- Psixoloji amillər: Bu hallarda erektil disfunksiya cinsi hormonların ifrazını maneə törədən stress, depressiya, nevroz və ya yorğunluq nəticəsində yaranır.
