Tez tez və az az yemək lazımdır.
Nisan 23, 2024ABŞ, Kanada və Yaponiyadan olan beynəlxalq alimlər qrupu, yaşa bağlı dəyişikliklərin bir çox amillərindən məsul olan SERPINE1 gen mutasiyalarının araşdırılmasının nəticələrini nəşr ediblər. Bu mutasiya nəticəsində əldə edilən "cavanlaşma effektini", yaşlanma tədqiqatının qabaqcıl mərkəzlərindən olan alimlər artıq oral müalicə preparatlarının köməyi ilə çoxaltmağa çalışırlar. Araşdırmanın nəticələri
Science Advances-də dərc edilib.
SERPINE1 geninin mutasiyası, İndiana ştatının Bern şəhəri yaxınlığında yaşayan Amish dini icmasının bəzi üzvlərində aşkar edilmişdir.
Amish-lərin qapalı həyat tərzi var, beləki onlar müasir texnologiyalardan imtina edirlər və "xarici dünya" ilə əlaqələrinin az olmağına çalışırlar. Uzun illərdir ki, onlar sadəcə eyni inancdan olan insanlarla ailə həyatı qururlar və buna görə onların cəmiyyəti nadir bir "genetik cəhətdən qapalı" insan əhalisi meydana gətirib. Bu cəmiyyətin, SERPINE1 geni mutasiyası olan üzvləri mutasiya daşımayanlarla müqayisədə ən az 10% daha çox yaşayırlar. Bu genetik xüsusiyyəti daşıyan insanların orta ömürləri 85 il idi, qalanı isə 71 ildən çox yaşamırdı. Bundan əlavə, bu qrup insanlarda diabet inkişaf riski az olduğu və qan damarlarının divarları daha uzun müddət elastik qaldığı aşkar olunmuşdu.
Artıq 30 ildir ki PAI-1 proteinini araşdıran tədqiqatın müəlliflərindən biri olan Dr. Douglas Vaughan qeyd edir ki: “Bu kəşf bizi çox təəccübləndirdi: ilk dəfədir ki, yaşlılığın qarşısını alan bir faktorun orqanizmin bir neçə sisteminə təsir etdiyini müşahidə edirik. Belə ki, bu qrupda yaşa bağlı dəyişikliklərə qarşı bir neçə “qoruma dərəcələri" aşkar edilib: telomer uzunluğu, damarların elastikliyinin qorunması, insulin istehsalının səviyyəsi. Bütün bunlar onların (Amish-lərin) ömrünü uzadır. Üstəlik, onlar sadəcə daha uzun yaşamırlar, sağlam da qalırlar – bu da məhz bizim nail olmaq istədiyimiz uzun ömürlülük formasıdır”.
Linklər: http://advances.sciencemag.org/content/3/11/eaao1617/tab-pdf