Kök hüceyrə müalicəsi: təbii yolla sağalmağa kömək edək.


Kök Hüceyrə Müalicəsi: Təbii Yolla Sağalma  Üsulu

Həqiqətən də kök hüceyrə müalicəsi günümüzün ən sürətli və dinamik inkişaf edən tibb sahələrindən biri olaraq orqanizmin öz sağalma potensialından istifadə etməklə bir çox sağlamlıq problemini həll etməyə imkan verən innovativ bir metod kimi özünü təsdiqləyir.

Bədənimizdəki toxuma və orqanların bərpasını təmin edən əsas hüceyrələrə “kök hüceyrələr” deyilir. Kök hüceyrələrin vəzifəsi hüceyrəvi olaraq zədələnmiş toxuma və ya orqanı oradakı hüceyrəyə çevrilərək müalicə etməkdir. Bundan əlavə Mezenximal Kök Hüceyrələr bioloji aktiv maddələr sintez edərək parakrin yolla öz orqanizmimizdə olan kök hüceyrələri və digər funksiyaları aktivləşdirərək zədələrin regenerasiyasına və sonda sağalmasına yardim edirlər. Kök hüceyrələrin bölünmə qabiliyyəti digər hüceyrələrdən fərqli olaraq qeyri-məhduddur. Kök hüceyrənin iki əsas xüsusiyyəti davamlı özünü yenilənmə və yetkin hüceyrə tipinə diferensiallaşma qabiliyyətidir.

Bu xüsusiyyət kök hüceyrələri bədənimizin daimi qoruyucusu edir. Onlar istiqmətləndikləri bölgələrdə yenilənməni təmin edir.


Kök Hüceyrə Müalicəsi Nədir?

Kök hüceyrə müalicəsi-xəstəlik və zədələnmələrin sağalması üçün  orqanizmin  özünü yeniləmə və bərpa qabiliyyətini aktivləşdirən  kök hüceyrə köçürülməsini tətbiq edən innovativ müalicə üsuludur və Regenerativ Təbabətin əsasını təşkil edir. Bu müalicə kök hüceyrələrin xüsusi bacarıqlarına asalanır; kök hüceyrələr orqanizmdəki digər hüceyrə növünə çevrilə və zədələnmiş toxumanı bərpa edə bilirlər.


Məhsullarımız

  • Dəri toxumasından alınmış fibroblast
  • Göbək bağından alınmış mezenximal kök hüceyrə
  • Yağ toxumasından alınmış mezenximal kök hüceyrə
  • Diş pulpasından alınmış mezenximal kök hüceyrə
  • Allogenik kök hüceyrə müalicəsi (kök hüceyrələr yeni doğulmuş körpənin göbək bağından əldə edilir)
  • Otoloq kök hüceyrə müalicəsi (kök hüceyrələr xəstənin öz bədənindən əldə edilir)

Necə Həyata Keçirilir?

Kök hüceyrə müalicəsi, əsasən üç mərhələdən ibarətdir:

  • Kök Hüceyrələrin Toplanması: Kök hüceyrələr xəstənin özündən və ya donordan toplanır. Kök hüceyrələri toplamaq üçün sümük iliyi, yağ toxuması və qan kimi mənbələrdən istifadə edilə bilər.
  • Hazırlıq: Toplanmış kök hüceyrələr laboratoriyada işlənilir və lazım gəldikdə çoxaldılır. Bu proses kök hüceyrələrin müalicə üçün istifadəyə hazır olmasını təmin edir.
  • Tətbiq: İstifadəyə hazır kök hüceyrələr zədələnmiş nahiyəyə yeridilir. Bu prosedur ümumiyyətlə minimal invazivdir və cərrahi müdaxilə tələb etmir.

Kök Hüceyrə Müalicəsinin Faydaları və İstifadə Sahələri

Kök hüceyrə terapiyası bir sıra xəstəliklərin müalicəsində potensial müalicə üsulu kimi istifadə olunur. Hal-hazırda bu terapiya metodu bir çox xəstəliklərin və sağlamlıq problemlərinin müalicəsində ümidverici nəticələr əldə etmək üçün araşdırılır və tətbiq edilir.

Kök hüceyrə müalicəsinin bəzi faydaları və istifadə sahələri:

  • Degenerativ Xəstəliklərin Müalicəsi:Kök hüceyrə terapiyası degenerativ xəstəliklərin müalicəsində perspektivli bir yanaşma olmağa başlamışdır. Xüsusilə oynaq xəstəlikləri və degenerativ sinir xəstəlikləri zamanı kök hüceyrələrdən istifadə etməklə toxumaların bərpası və sağalması mümkün olmuşdur.
  • Revmatik Xəstəliklərin Müalicəsi:Revmatik xəstəliklər bir çox orqan və sistemləri zədələyən xəstəliklərdir. Kök hüceyrə terapiyası antiltihab, immunomodulyator və toxuma bərpaedici xüsusiyyətlərinə görə revmatik xəstəliklərin müalicəsində uğurla tətbiq edilir.
  • Ürək Xəstəliklərinin Müalicəsi:Ürək xəstəlikləri dünya üzrə ən geniş yayılmış və əhəmiyyətli sağlamlıq problemlərindən biridir. Kök hüceyrə terapiyası zədələnmiş toxumaların bərpasına kömək etməklə xəstələrin sağalmasını təmin edir. Bu, ürək funksiyalarının yaxşılaşmasına və ürək çatışmazlığı kimi halların müalicəsinə kömək edir.
  • Nevroloji Xəstəliklərin Müalicəsi:Nevroloji xəstəliklər beyin və periferik sinir sisteminin funksional və orqnik problemlərini əhatə edir. Parkinson xəstəliyi, Alzheimer xəstəliyi və onurğa xəstəlikləri kimi vəziyyətlər nevroloji xəstəliklərə nümunədir. Kök hüceyrə terapiyası bu cür xəstəliklərin müalicəsində neyronların bərpası və zərərin azaldılması üçün artıq perspektivli bir sahə olmuşdur.
  • Sağalmayan yaraların müalicəsi:son zamanlar kök hüceyrə terapiyası yaraların sağalmasını sürətləndirmək və toxuma zədələnməsini aradan qaldırmaq üçün potensial strategiya kimi istifadə edilir. Xüsusilə diabetik ayaq yarası kimi xroniki yaraların müalicəsində kök hüceyrələrin istifadəsi ilə aparılan araşdırmalar müsbət nəticələr vermişdir.

Kök hüceyrə müalicəsi tətbiq olunan xəstəliklər:

  • Autizm Spektrli Pozğunluqlar
  • Əzələ, Vətər və Bağ Zədələnmələri
  • Dağınıq Skleroz (MS)
  • Optik Sinirin Atrofiyası
  • Piqmentli Retinit
  • Erektil disfunksiya
  • Yumurtalıq Çatışmazlığı

Kök hüceyrə terapiyası, bir çox sağlamlıq problemlərinin müalicəsində ümidverici bir yanaşma ola bilər. Lakin, hər bir xəstə üçün effektivliyi və güvənirliliyi fərqlənə bilər. Bu səbəbdən, kök hüceyrə müalicəsi seçimini qiymətləndirərkən diqqətli olmaq və bir sağlamlıq məsləhətçisindən dəstək almaq vacibdir.

Kök hüceyrələr harada və necə hazırlanır?
Kök hüceyrə laboratoriyasına təqdim edilən materiallar GMP standartlarından (yaxşı istehsal tətbiqləri) istifadə edilərək mütəxəssis bioloqlar tərəfindən emal olunur və hazırlanır. Sizin kök hüceyrələriniz tələb olunan protokollara uyğun müddət ərzində keyfiyyətə nəzarət testlərindən (flow sitometri, serolojik və mikrobioloji testlər)  keçirilr və istifadə üçün hazırlanır. İstifadəyə hazır kök hüceyrələr soyuq zəncirlə xəstəyə çatdırılır.

Bu təsdiq edilmiş terapiya növüdür?
Bəli, kök hüceyrə terapiyası FDA (ABŞ Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş bir üsuldur.


Fibroblast hüceyrə terapiyası

Dəri yaşlandıqca incə xətlər, qırışlar və elastiklik itkisi kimi yaşlanma əlamətləri görünməyə başlayır. Son illərdə aparılan klinik tədqiqatlar sübut etdi ki, kök hüceyrə terapiyası qırışları azaldır və dərinin keyfiyyətini yaxşılaşdırır. Dərinin yenilənməsi məqsədilə istifadə edilən bu prosedur zamanı Otoloq Fibroblast və ya Otoloq Mezenximal Kök Hüceyrə müalicəsi tətbiq edilə bilər. Qocalma əleyhinə və gəncləşmək üçün tətbiq olunan bu müalicə xəstədən alınan kök hüceyrələrin istədiyiniz nahiyəyə yeridilməsi ilə həyata keçirilən təhlükəsiz bir prosedurdur. Mezenximal kök hüceyrələr (məsələn, yağ toxumasından) və fibroblast hüceyrələr (məsələn, qulaqarxası dəri toxumasından) xəstənin öz bədənindən alındığı üçün orqanizmə heç bir əks təsir göstərmır. Dolğu, botoks kimi digər kosmetik tətbiqlərin təsiri zamanla azalarkən, kök hüceyrə müalicəsində nüspət təsir tədricən artır.

Fibroblast hüceyrələr necə əldə edilir?

Fibroblast hüceyrə müalicəsində pasientin dərisinin qulaq arxası və ya qolun içi kimi günəşə ən az məruz qalan bölgələrindən biopsiya aləti ilə dəri parçası alınır. Eyni seansda pasientdən müəyyən miqdarda qan da alınır. Laboratoriyada bu qandan alınan serum ilə fibroblast hüceyrə istehsalına başlanılır. Təxminən 3-4 həftə ərzində bu fibroblastlar kifayət qədər çoxalır. Daha sonra müalicənin ilk seansı tətbiq olunur.

Fibroblast hüceyrə terapiyası hansı məqsədlər üçün istifadə olunur?

  • İncə və dərin qırışların aradan qaldırılması
  • Dərinin cavanlaşması
  • Sızanaq izlərinin yaratdığı çuxurların müalicəsi
  • Saç tökülməsinin müalicəsi
  • Dəri çatlarının müalicəsi
  • Sağalmayan yaraların müalicəsi

Dərini cavan saxlayan nədir?

Dərimizdəki birləşdirici toxumalar dərinin keyfiyyətini təmin edir; bunlar kollagen, elastin, hialuron turşusu sintez edən toxumalardır. Bu toxumaların əsasını fibroblast adlanan hüceyrələr təşkil edir.

Orta hesabla 25-30 yaşa qədər bu hüceyrələr 100% aktiv olurlar. Beləcə dərimiz cavan qalır.

Dəri nə vaxt və necə qocalmağa başlayır?

Dərimizdə qocalma 25-30 yaş arasında başlayır. Səbəb isə hər il birləşdirici toxumada kollagen və digər molekulları istehsal edən fibroblast hüceyrələrinin 2%-ni itirməyimizdir. 50 yaşlarımızda dərimizdəki fibroblast hüceyrələrinin təxminən 30%-ni itiririk. Eyni zamanda bu hüceyrələrin sintez qabiliyyəti də azalır.

Göz xəstəliklərində mezenximal kök hüceyrə müalicəsi

Erkən diaqnoz müalicənin müvəffəqiyyətini artırır

Son illərdə göz xəstəliklərinin müalicəsində kök hüceyrələrin  tətbigi ilə  bəzi torlu qişa xəstəliklərinin müalicəsi mümkün olmuşdur. Son illərdə gənc yaşlarda ortaya çıxan və getdikcə artan görmə itkisinə səbəb olan genetik torlu qişa xəstəlikləri üçün kök hüceyrə terapiyası ön plana çıxır. Laboratoriyamızda bu xəstəliklərin müalicəsi üçün hüceyrə növü olaraq göbək bağından əldə edilən mezenximal kök hüceyrələrdən istifadə edilir.

Bu müalicənin tətbiqi bəzi kriteriyalardan asılıdır... Kök hüceyrə müalicəsi üçün ilk növbədə gözün bütövlüyü pozulmamalıdır. Kök hüceyrələr göz deformasiyası və ya daralması olan xəstələrə kömək etmir. İkinci vacib məsələ görmə səviyyəsidir. Kor xəstə kök hüceyrə tətbiqindən faydalana bilməz. Ona görə də ideal xəstə qrupu görmə itkisi çox da ağır olmayan insanlardan ibarətdir.

Kök hüceyrə tətbiqinin əsas məqsədi xəstəliyin inkişafını dayandırmaqdır. Müalicə olunan xəstələrin 60-80 faizində görmə qabiliyyətinin yaxşılaşması və görmə sahəsinin genişlənməsi baş verir. Əməliyyatdan əvvəl görmə nə qədər yaxşı olarsa, əməliyyatdan sonra görmə bir o qədər çox olar.